Zelenski NATO və G7-nin zirvə görüşlərində onlayn iştirak edəcək

Zelenski NATO və G7-nin zirvə görüşlərində onlayn iştirak edəcək “Ukrayna Prezidenti Volodimir Zelenski NTO-nun zirvə görüşünün birinci sessiyasına onlayn formatda qoşulacaq”.
Region
21 İyun , 2022 12:09
Zelenski NATO və G7-nin zirvə görüşlərində onlayn iştirak edəcək

“Ukrayna Prezidenti Volodimir Zelenski NTO-nun zirvə görüşünün birinci sessiyasına onlayn formatda qoşulacaq”.

“Report” “European Pravda” saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib.

“Həmin sessiyada NATO-ya üzv 30 dövlətin hər birinin başçısı iştirak edəcək”, - o deyib.

Onun sözlərinə görə, Zelenski gələn həftə “Böyük yeddilik” (G7) ölkələrinin zirvə görüşünə də onlayn formatda qoşulacaq.

Xatırladaq ki, NATO-nun zirvə görüşü iyunun 29-30-da İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək. Tədbir çərçivəsində alyansın yeni strateji konsepsiyası təsdiq edilməlidir. Bundan başqa, dövlət başçıları Ukraynaya kompleks dəstək paketini də razılaşdırmağı planlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi