“Rusiyanın işğalı altında olan Ukrayna ərazilərindən 2 milyondan çox insan deportasiya edilib”.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Qaranlıq zamanda insan hüquqları” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O deyib ki, Ukraynadan oğurlanmış uşaqlar rus ailələrində övladlığa götürülürlər.
Dövlət başçısının sözlərinə görə, Rusiya ordusunun müharibəyə başladığı, yəni fevralın 24-dən Ukraynaya atdığı raketlərin ümumi sayının 62 %-nin hədəfi mülki obyektlər olub: “Rusiya dövlətinin ukraynalılara qarşı cinayətləri İkinci Dünya Müharibəsindən bəri görünməmiş cinayətdir. Rus artilleriyası onlarca şəhər və kəndləri dağıdıb”.