Zelenski: "Krım körpüsü zərərsizləşdirilməlidir"
Region
- 21 iyul, 2023
- 19:10
Krım körpüsü ukraynalı hərbçilər üçün hədəfdir. Onu zərərsizləşdirmək lazımdır, çünki işğalçılar ondan müharibə üçün istifadə edirlər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Aspen Təhlükəsizlik Forumunda deyib.
Zelenskinin sözlərinə görə, Krım körpüsü sadəcə “kiçik logistik yol” deyil, çünki onun köməyi ilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir.
“Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Prezident vurğulayıb.
Son xəbərlər
16:53
"Baku Sportinq" heyətini "Neftçi"nin sabiq müdafiəçisi Cabir Əmirli ilə gücləndirib
Futbol16:52
Gürcü analitik: Azərbaycan regionda əsas hərəkətverici qüvvələrdən biridir
Region16:51
Foto
Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutub
Daxili siyasət16:44
Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli "Birbaşa Bakı" klubunda məşqçi işləyir
Futbol16:42
Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub
Maliyyə16:39
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
Digər ölkələr16:36
Aİ Ukraynaya maliyyə dəstəyini artırmağa hələ hazır deyil
Digər ölkələr16:34
"Mançester Siti" futbolçusu Ceyden Heskini icarəyə verib
Futbol16:19
Foto