Zelenski İlan adasının azad olunmasını şərh edib

Zelenski İlan adasının azad olunmasını şərh edib Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasının azad edilməsinə münasibət bildirib.
Region
1 İyul , 2022 03:06
Zelenski İlan adasının azad olunmasını şərh edib

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasının azad edilməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, dövlət başçısı bu barədə axşam videomüraciətində bildirib.

"Şübhəsiz ki, bu gün əsas söz "İlan"dır. Görünür, Rusiya gəmisi ora çatan gün də “İlan”dan o qədər danışıblar. Sonra gəmi həmişəlik yola düşüb, indi isə ada yenidən azad edilib. Mən Baş Kəşfiyyat İdarəsinə, "Alfa" döyüşçülərinə, topçularımıza, ordu aviasiyasına və Hərbi Hava Qüvvələrinin pilotlarına minnətdaram", - dövlət başçısı qeyd edib.

Dövlət başçısı İlan adasının strateji məntəqə olduğunu və onun azad edilməsinin Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb.

"Bu, hələ təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Ancaq işğalçıların hərəkətlərini xeyli məhdudlaşdırır. Onları addım-addım dənizimizdən, torpağımızdan, səmamızdan sıxışdırıb çıxaracağıq", - Zelenski əlavə edib.

Son xəbərlər

Orphus sistemi