Zelenski Əbu-Dabidə ABŞ və Rusiya danışıqlar qrupları ilə görüş keçirməyi təklif edib

Region
  • 28 oktyabr, 2026
  • 12:31
Zelenski Əbu-Dabidə ABŞ və Rusiya danışıqlar qrupları ilə görüş keçirməyi təklif edib

Ukrayna tərəfi ABŞ, Çin və Rusiya nümayəndələri ilə mümkün görüşdən əvvəl Əbu-Dabidə ABŞ və Rusiyanın danışıqlar qrupları ilə görüş keçirmək istəyir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Biz çox istərdik ki, əvvəlcə Əbu-Dabidə bizim görüşümüz olsun", - o deyib.

V.Zelenskinin sözlərinə görə, Əbu-Dabidə üçtərəfli görüşün keçirilməsi ABŞ tərəfindən asılıdır, çünki həm Rusiya, həm də Ukrayna tərəfi artıq buna hazır olduqlarını təsdiqləyib.

ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşünü şərh edən V.Zelenski qeyd edib ki, orada ehtimal ki, Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi müzakirə ediləcək.

44 filmi