Zaxarova “News.ru” müxbirinin ölümünü şərh edib

Zaxarova “News.ru” müxbirinin ölümünü şərh edib Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin “News.ru” portalının jurnalisti Nikita Sitsaginin ölümündə Ukrayna hərbçilərini ittiham edərək onların bunu qəsdən etdiyini bildirib.
Region
16 İyun , 2024 23:24
Zaxarova “News.ru” müxbirinin ölümünü şərh edib
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin “News.ru” portalının müxbiri Nikita Sitsaginin ölümündə Ukrayna hərbçilərini ittiham edərək onların bunu qəsdən etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün “rusiyalı hərbi müxbir N. Sitsaginin qətli ilə bağlı” şərhində qeyd olunub.

“İyunun 16-da Kiyev rejiminin silahlı birləşmələrinə məxsus PUA-nın məqsədyönlü hücumu nəticəsində “News.ru” informasiya portalının hərbi müxbiri Nikita Tsitsaqi DXR-də (qondarma Donetsk Xalq Respublikası – red.) öz peşə borcunu yerinə yetirərkən öldürülüb”, – şərhdə vurğulanıb.

Rəsmi nümayəndənin sözlərinə görə, Ukraynanın buraxdığı dron Vuhledar yaxınlığında reportaj hazırlayarkən rusiyalı jurnalisti qəsdən vurub.

Zaxarova qeyd edib ki, bu, bir həftə ərzində “oxşar üslubda media işçilərinə qarşı ikinci hücumdur”:

“İyunun 13-də NTV-nin çəkiliş qrupu ukraynalı yaraqlıların PUA-sından atəşə tutulub, nəticədə operator Valeri Kojin həlak olub, müxbir Aleksey İvliyev isə ağır yaralanıb”.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin Vuhledar şəhəri Kiyevin nəzarəti altındadır. Müharibədən öncə 15 minə yaxın əhalisi olan yaşayış məntəqəsi Rusiyanın hərbi təcavüzündən sonra, demək olar, “kabus şəhər”ə çevrilib.

Son xəbərlər

Orphus sistemi