Zaxarova mətbuatı Durov məsələsi ilə bağlı fərziyyələr irəli sürməkdən çəkinməyə çağırıb

Zaxarova mətbuatı Durov məsələsi ilə bağlı fərziyyələr irəli sürməkdən çəkinməyə çağırıb “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durovla bağlı vəziyyətin həlli ilə bağlı suallar hüquqşünaslara verilməlidir.
Region
28 Avqust , 2024 19:01
Zaxarova mətbuatı Durov məsələsi ilə bağlı fərziyyələr irəli sürməkdən çəkinməyə çağırıb

“Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durovla bağlı vəziyyətin həlli ilə bağlı suallar hüquqşünaslara verilməlidir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun P.Durovun dəyişdirilməsinin mümkünlüyü, habelə onun azadlığa buraxılması istiqamətində Rusiyanın diplomatik addımları ilə bağlı sualını cavablandırarkən deyib.

“Vəziyyətin həlli strategiyası ilə bağlı konkret suallar vəkillərə verilməlidir”, - o bildirib.

XİN rəsmisi P.Durovun Fransada saxlanılması ilə bağlı bir çox versiyaların irəli sürüldüyünü vurğulayıb.

“Tamamilə heç bir əsas olmadan müxtəlif versiyalar, şayiələr, fərziyyələr irəli sürülür, bəyanatlar verilir. Mənə elə gəlir ki, bu, nə konkret, nə də analoji hallarda edilməməlidir”, - M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi