Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır, bu, təəccüb doğurur.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib ki, Moskva hazırda Ermənistan rəhbərliyinin bu təşkilatla bağlı çox vaxt səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz tərzdə olan ritorikasından narahatdır.