Zaur Darğallı Gürcüstandakı seçkilərdə qalib gəlir

Zaur Darğallı Gürcüstandakı seçkilərdə qalib gəlir Gürcüstanın Marneuli-Qardabani dairəsində parlament seçkiləri ilə bağlı səsvermənin nəticələri açıqlanıb.
Region
2676
1 Noyabr , 2020 21:06
Zaur Darğallı Gürcüstandakı seçkilərdə qalib gəlir
Zaur Darğallı

Gürcüstanın Marneuli-Qardabani seçki dairəsində parlament seçkiləri ilə bağlı səsvermənin nəticələri açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, dairə üzrə 124 seçki məntəqəsinin hamısında səslərin sayılması artıq başa çatdırılıb.

Nəticələrə əsasən, Gürcü Arzusu Partiyasının majoritar deputatlığa namizədi Zaur Darğallı 51,16% səs toplayıb.

“Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” seçki blokunun namizədi Azər Süleymanov 38,69%, Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev isə 3,65% səs qazanıb.

Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka seçki dairəsi üzrə də nəticələr elan olunub. Bu dairədə də “Gürcü Arzusu”ndan Qogi Meşveliani 55,41% səslə qalib gəlir.

Son xəbərlər

Orphus sistemi