Yunanıstanda 3 nəfər donaraq ölüb

Yunanıstanda 3 nəfər donaraq ölüb Bakı. 8 yanvar. REPORT.AZ/ Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub.
Region
8 Yanvar , 2019 10:39
Yunanıstanda 3 nəfər donaraq ölüb
0 : 00
0 : 00

Bakı. 8 yanvar. REPORT.AZ/ Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb. 

Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər. 

Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.

Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.

Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin də 20-dən çox əyalətində müəllim və şagirdlər tətilə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi