​Yunanıstan qırıcıları Türkiyənin hava sərhədini pozub

​Yunanıstan qırıcıları Türkiyənin hava sərhədini pozub Sərhəd pozuntusu Kaş bölgəsində qeydə alınıb
Region
7 Noyabr , 2015 19:51
​Yunanıstan qırıcıları Türkiyənin hava sərhədini pozub

Bakı. 7 noyabr. REPORT.AZ/ Yunanıstan Hərbi Hava Qüvvələrinə aid 4 "F-16" təyyarəsi Türkiyənin hava sərhədini pozub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Yunanıstanın 4 "F-16" qırıcısı yerli vaxtla saat 13.19 - 15.15 - arası Türkiyənin Antalya əyalətinin cənub-qərb hissəsində yerləşən Kaş bölgəsində hava sərhədini pozub. Yunan təyyarələri bir dəqiqə ölkənin ərazisində uçuş edib.

Balıkəsir rayonundan qalxan 2 "F-16" qırıcısı yunan təyyarələrini Türkiyənin hava məkanından çıxarıb. 

Son xəbərlər

Orphus sistemi