Türkiyə XİN başçısı: “YPG-nin əlinə keçən hər silah Türkiyəyə yönələn təhdiddir”

Türkiyə XİN başçısı: “YPG-nin əlinə keçən hər silah Türkiyəyə yönələn təhdiddir” Mövlud Çavuşoğlu: “Əvvəllər də YPG-yə verilən silahların Türkiyədə PKK-nın əlində tutulduğunu ictimaiyyətə bildirmişdik”
Region
10 May , 2017 14:56
Türkiyə XİN başçısı: “YPG-nin əlinə keçən hər silah Türkiyəyə yönələn təhdiddir”

Bakı. 10 may. REPORT.AZ/ “YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) və PKK-nın əlinə keçən hər silah Türkiyəyə yönələn bir təhdiddir”.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın “Suriya Demokratik Qüvvələr”inin silahla təchiz etmək haqqında Müdafiə Nazirliyinə (Pentaqon) tapşırıq verməsinə münasibət bildirərkən deyib.

“YPG və PKK hər ikisi terror qruplaşmasıdır. Bunları bir-birindən heç bir fərqi yoxdur. Sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər silah Türkiyənin təhdid edilməsidir. Əvvəllər də "YPG"yə verilən silahların Türkiyədə PKK-nın əlində tutulduğunu ictimaiyyətə bildirmişdik” - Mövlud Çavuşoğlu vurğulayıb.

Türkiyə XİN başçısı qeyd edib ki, hər iki ölkənin prezidenti - Rəcəb Tayyib Ərdoğan və Donald Trampın görüşündə "YPG" və "PYD"nin silahlandırılması məsələsi də müzakirə ediləcək.  

Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” koalisiyası terrorçu PKK-nın nəzarəti altındadır. Onun Suriyadakı qolları olan "YPG" və "PYD" əsas təşkilatlarıdır. 

Son xəbərlər

Orphus sistemi