Yohannes Han Gürcüstana səfər edəcək

Yohannes Han Gürcüstana səfər edəcək Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han sentyabrın 16-da Gürcüstana səfər edəcək.
Region
15 Sentyabr , 2019 18:51
Yohannes Han Gürcüstana səfər edəcək

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han sentyabrın 16-da Gürcüstana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili ilə birgə Avropa məktəbinə baş çəkəcək.

Y.Han “Şərq tərəfdaşlığı” ölkələrindən olan 30 tələbə ilə görüş keçirəcək.

Komissar həmçinin M.Batişavili, Gürcüstanın baş naziri Giorgi Qaxaria və Tbilisi meri Kaxa Kaladze ilə birgə Avropa məktəbi üçün yeni binanın təməlqoyma mərasimində də iştirak edəcək.

Qeyd edək ki, Tbilisidə Avropa məktəbi 2018-ci ilin sentyabrından fəaliyyət göstərir. Təhsil müəssisəsi “Yeni məktəb” adlı özəl məktəbdə yerləşir.

Orphus sistemi