Yevgeni Primakovun nəvəsi Qazaxıstanın yeni naziri ilə əməkdaşlıqdan imtina edib

Yevgeni Primakovun nəvəsi Qazaxıstanın yeni naziri ilə əməkdaşlıqdan imtina edib MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin direktoru Yevgeni Primakov Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Askar Umarovun ruslara baxışına görə onunla işləməkdən və təmasdan imtina etdiyini açıqlayıb
Region
12 Yanvar , 2022 16:44
Yevgeni Primakovun nəvəsi Qazaxıstanın yeni naziri ilə əməkdaşlıqdan imtina edib

MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin direktoru Yevgeni Primakov Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Askar Umarovun ruslara yanaşmasına görə onunla işləməkdən və təmasdan imtina etdiyini açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Y.Primakov sosial şəbəkədəki səhifəsində yazıb.

“Mən Qazaxıstanın yeni informasiya naziri Askar Umarov haqqında və onun çoxsaylı məqalələrini diqqətlə oxudum”, - Y.Primakov yazıb. O, A.Umarovun məqalələrində ruslar haqqında işlətdiyi “xoşagəlməz” ifadələrindən nümunələr də göstərib.

Askar Umarov feysbuk səhifəsində Y.Primakova cavab verib: “Məqalədə məndən düşmən obrazı yaratmaq istəyiblər. Mən təqdim edilməyə cəhd göstərilən kimi deyiləm. Bundan əvvəlki vəzifələrdə Rusiya və başqa tərəfdaşlarla məhsuldar işləməyə çalışmışam. Qazaxıstan üçün Rusiya ilə müttəfiqlik münasibətlərinin nə dərəcədə vacib olduğunu başa düşürəm”.

Qeyd edək ki, Y.Primakov keçmiş SSRİ-nin tanınmış siyasi xadimlərindən biri olmuş Yevegeni Maksimoviç Primakovun nəvəsidir.

Son xəbərlər

Orphus sistemi