Yerevanın Erməni-yunan Dövlət Kollecində bıçaqlanma olub

Yerevanın Erməni-yunan Dövlət Kollecində bıçaqlanma olub Ermənistanın paytaxtı Yerevanın Şenqavit rayonunun Polis İdarəsi tibb mərkəzlərindən birindən mayın 4-də daxil olmuş fakt üzrə materiallar hazırlayır
Region
9 May , 2021 08:25
Yerevanın Erməni-yunan Dövlət Kollecində bıçaqlanma olub

Ermənistanın paytaxtı Yerevanın Şenqavit rayonunun Polis İdarəsi tibb mərkəzlərindən birindən mayın 4-də daxil olmuş fakt üzrə materiallar hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Qeyd edilir ki, həmin gün tibb mərkəzinə sağ baldır nahiyəsində kəsilmiş yara olan gənc çatdırılıb.

Polis müəyyən edib ki, yaralı Ararat əyalətinin kəndlərindən birinin 16 yaşlı sakini Tiqran P-dir. O, ilkin ifadəsində guya yıxılaraq xəsarət aldığını bildirib.

Şenqavit polisinin Cinayət Axtarışı və Həddi-buluğa çatmayanlarla iş üzrə İdarəsinin əməkdaşları müəyyən ediblər ki, zərərçəkənin ilkin ifadəsi həqiqətə uyğun deyil. Belə ki, hadisə Arşakunyas prospektində yerləşən Erməni-yunan Dövlət Kollecində olub. Ona Yerevanın 17 yaşlı sakini Xoren X. bıçaqla xəsarət yetirib.

Qeyd edilir ki, zərərçəkən də, şübhəli şəxs də Erməni-yunan Dövlət kollecində oxuyurlar. Polis Xoren X-nin və cinayət vaxtı istifadə edilən bıçağın yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.

Son xəbərlər

Orphus sistemi