Yerevandakı PKK terrorçularının tutulması üçün axtarışlar başlayıb

Yerevandakı PKK terrorçularının tutulması üçün axtarışlar başlayıb Yerevanda təhsil alan erməni və kürd tələbələr bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına çağırılıblar və sorğu-sual ediliblər
Region
19 Fevral , 2018 09:51
Yerevandakı PKK terrorçularının tutulması üçün axtarışlar başlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ Ermənistan polisi Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə Yerevanda PKK terrorçularının tutulması üçün axtarışlara başlayıb. 

“Report” xəbər verir ki, bunu Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Yerevanda təhsil alan erməni və kürd tələbələr bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına çağırılıblar və sorğu-sual ediliblər.

Qeyd edək ki, “Haykakan Jamanak” ötən həftə terrorçu PKK qruplaşması üzvlərinin Türkiyədən qaçaraq Ermənistana toplaşdığı barədə məlumat yaymışdı. Bildirilmişdi ki, PKK terrorçuları Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxırlar, təhlükəsizliyinə təhdid yaradırlar və bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olurlar. Məqalədə qeyd olunmuşdu ki, bunun üçün qanunsuz silahlı dəstələr yaradan qruplaşma üzvləri Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilirlər: "PKK hesab edir ki, Moskva və Yerevan bu terrorçu qruplaşmaya yumşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşırlar. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şəriat yaradırlar. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olurlar".

Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı. 

Son xəbərlər

Orphus sistemi