Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Region
117
15 Noyabr , 2019 18:01
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Bu barədə "Report" "Arminfo"ya istinadən xəbər verir.

Etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.

Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.

Etirazın təşəbbüskarlarından biri "Sasna tsrer" yaraqlılarıdır.

Son xəbərlər

Orphus sistemi