Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda polis etiraz aksiyasını dağıdıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib və onlara qarşı güc tətbiq etməyə başlayıb. Onlarla aksiyaçı saxlanılıb.
Asayiş keşikçiləri polis kordonu yaradıblar. Vəziyyət daha da gərginləşib.