Yerevanda müxalifətçilər parlamentin binası qarşısında toplaşıb

Yerevanda müxalifətçilər parlamentin binası qarşısında toplaşıb Ermənistanın paytaxtı Yerevanın Derenik Demirçyan küçəsində müxalifətin bir qrup tərəfdarı parlamentin binası qarşısında toplaşıb
Region
10 Mart , 2021 01:56
Yerevanda müxalifətçilər parlamentin binası qarşısında toplaşıb

Ermənistanın paytaxtı Yerevanın Derenik Demirçyan küçəsində müxalifətin bir qrup tərəfdarı parlamentin binası qarşısında toplaşıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, polis kordonu Ermənistan parlamentinə aparan küçəni və xidməti girişi bloklayıb. Hələlik asayiş keşikçiləri ilə müxalifətçilər arasında toqquşmalar baş verməyib.

Etirazçılar aksiyanın keçirildiyi yerlərdə bir neçə tonqal qalayıb. Paşinyanın əleyhdarları arabir "Nikol davaçan” (“Satqın Nikol"- red) deyə qışqırır, əl çalırlar.

Məlumata görə, yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti tam dayandırılıb.

Daha əvvəl müxalifətin "Vətənin qurtuluşu Hərəkatı"nın liderlərindən biri Vazgen Manukyan tərəfdarlarını deputatları içəri buraxmamaq üçün parlamentin bütün girişlərini bloklamağa çağırıb. O, həmçinin müxalifətçiləri parlament binası qarşısında çadırlar qurmağa səsləyib.

Son xəbərlər

Orphus sistemi