Bakı. 5 avqust. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda mənzillərin birində böyük həcmdə silah-sursat aşkar edib.
"Report" TASS-a istinadən xəbər verir ki, təxminən 6 min güllə, 15 qumbara, qumbara fitilləri, trotil partlayıcı maddəsi, kapsul-detonatorlar, siqnal raketləri, avtomat dataqları, tank əleyhinə qumbaraatan, radio əlaqə avadanlıqları, mina detektorları aşkar edilərək müsadirə edilib.
İki nəfər saxlanılıb.
İlkin əməliyyat məlumatlarına görə, bu silah-sursat iyulun 17-də Yerevanda post-patrul alayı binasını ələ keçirən və ötən ayın 31-dək onu nəzarətdə saxlayan silahlı qruplaşma ilə əlaqəli ola bilər.