Yerevanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb

Region
  • 19 yanvar, 2022
  • 23:44
Yerevanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb

Ermənistanın paytaxtı Yerevanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “SHAMSHYAN.com” məlumat yayıb. Məlumata görə, 25 yaşlı İran vətəndaşı Ş.B-nin meyiti David Anaxt küçəsindəki 10 nömrəli binanın 7-ci korpusunda aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı araşdırma aparılır.