Yerevanda etirazçıların üstünə avtomobil sürülüb

Yerevanda etirazçıların üstünə avtomobil sürülüb Polis yolları aksiyaçılardan artıq təmizləyib.
Region
19 Noyabr , 2020 15:48
Yerevanda etirazçıların üstünə avtomobil sürülüb

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçıların üstünə avtomobil sürülüb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisənin görüntüləri yutubdakı “Lurer” TV kanalında yayılıb. Videokadrlardan məlum olur ki, bir neçə etirazçı əl-ələ tutaraq yolu bağlayıblar. Bu zaman yolda hərəkət edən mikroavtobus sürətlə kütlənin üzərinə sürülür və etirazçıları vurub yıxaraq ərazidən uzaqlaşır. Mikroavtobus aksiya iştirakçısı olan qadını sürüyür.

Qeyd edək ki, Yerevan polisi küçələri bağlayan 24 etirazçını saxladığını bildirib.

Xatırladaq ki, noyabrın 19-da Nikol Paşinyanın istefasını tələb edən aksiyaçılar Yerevanın mərkəzi küçələrini bağlamışdı. Polis yolları aksiyaçılardan artıq təmizləyib.

Son xəbərlər

Orphus sistemi