Yerevanda polis etirazçılara qarşı zorakılıq tətbiq edib, saxlanılanlar var

Yerevanda polis etirazçılara qarşı zorakılıq tətbiq edib, saxlanılanlar var Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.
Region
20 Noyabr , 2020 21:55
Yerevanda polis etirazçılara qarşı zorakılıq tətbiq edib, saxlanılanlar var

Ermənistanın paytaxtı Yerevanda polis baş nazir Nikol Paşinyanın istefası tələbi ilə "Respublika" meydanına avtoyürüş təşkil etməyə çalışan şəxslərin qarşısını alıb.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Agentlik qeyd edib ki, polis əməkdaşları aksiyaçılara qarşı zorakılıq tətbiq edib. Aksiyaçılardan bəziləri saxlanılıb.

15:38

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın iki prospektini bağlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, polis yolu açmağa cəhd göstərir. Aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti Aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi