Paşinyanın əleyhdarları Yerevanda parlamentin binası qarşısında çadırlar qurdu

Paşinyanın əleyhdarları Yerevanda parlamentin binası qarşısında çadırlar qurdu Yerevanın Baqramyan prospektində qurulmuş çadır düşərgəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təxminən iki yüz əleyhdarı gecələyir
Region
26 Fevral , 2021 04:31
Paşinyanın əleyhdarları Yerevanda parlamentin binası qarşısında çadırlar qurdu

Ermənistanın paytaxtı Yerevanın Baqramyan prospektində qurulmuş çadır düşərgəsində bu ölkənin baş naziri Nikol Paşinyanın təxminən iki yüz əleyhdarı gecələyir.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi bildirib.

Onlar düşərgələr üçün yer kimi parlament binası hasarının yaxınlığındakı yolun bir hissəsini seçiblər. Cümə günü səhər deputatlar ölkədəki vəziyyəti müzakirə etmək üçün iclasa toplaşacaqlar.

Müxalifət tərəfdarları burada beş böyük və bir neçə kiçik çadır qurublar. Onlar qızınmaq üçün tonqallar qalayıblar. Çadırların ətrafında tədarük edilmiş odunlar, qablaşdırılmış su və zibil yığılıb.

Qeyd edilir ki, polis əməkdaşları da isinmək üçün tonqallar qalayıblar. Onlar müxalifətçilərlə son hadisələri müzakirə edirlər. Bundan başqa, polislər parlamentin hasarını da mühafizə edir.

Son xəbərlər

Orphus sistemi