Yerevanda Ermənistan baş prokurorunun istefası tələb ilə etiraz aksiyaları davam edir

Yerevanda Ermənistan baş prokurorunun istefası tələb ilə etiraz aksiyaları davam edir Bakı. 21 may. REPORT.AZ/ Yerevanda onlarla nümayişçi Ermənistan Baş Prokurorluğu və yaxınlıqda yerləşən Ermənistan Kassasiya Məhkəməsinin binası qarşısında baş prokuror Artur Davtyanın istefası və sabiq general Samvel Babayanın azad olunması tələb ilə etiraz aksiyası keçirir.
Region
21 May , 2018 12:31
Yerevanda Ermənistan baş prokurorunun istefası tələb ilə etiraz aksiyaları davam edir

Bakı. 21 may. REPORT.AZ/ Yerevanda onlarla nümayişçi Ermənistan Baş Prokurorluğu və yaxınlıqda yerləşən Ermənistan Kassasiya Məhkəməsinin binası qarşısında baş prokuror Artur Davtyanın istefası və sabiq general Samvel Babayanın azad olunması tələb ilə etiraz aksiyası keçirir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Aksiyanın təşəbbüskarlarından olan iqtisadçı Andranik Tevanyan bildirib ki, piketə qatılan fəallar S.Babayan və iş üzrə adı hallanan digər siyasi məhbusların işi saxtalaşdırıldığını düşünürlər.

Onun sözlərinə görə, bu etirazlarla onlar Ermənistan baş naziri Nikol Paşinyana kömək edirlər.

"Məhz, o, ölkədə siyasi məhbus qalmamalı olduğunu bildirib. Bu aksiyalarla bu prosesin uzanmaması üçün ab-hava yaradırıq", - A.Tevanyan bildirib.

Qeyd edək ki, sabiq general Samvel Babayan və onun altı tanışı 2017-ci ilin mart ayında həbs edilib. Onlar qanunsuz silah saxlamaqda və çirkli pulların yuyulmasında ittiham olunublar. Yerevan birinci instansiya ümumi məhkəməsi Babayanı 6 il müddətinə azadlıqdan məhrum edib.

Son xəbərlər

Orphus sistemi