Yerevanda baş vermiş atışmanın təfərrüatı məlum olub

Yerevanda baş vermiş atışmanın təfərrüatı məlum olub Yerevanda avqustun 25-də baş vermiş atışmanın təfərrüatı məlum olub.
Region
29 Avqust , 2019 00:31
Yerevanda baş vermiş atışmanın təfərrüatı məlum olub

Yerevanda avqustun 25-də baş vermiş atışmanın təfərrüatı məlum olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan bildirib ki, atışma zamanı yaralanan şəxs "Maks" supermarketinin rəhbəri Saak Vardanyanın oğlu, 24 yaşlı Yuri Vardanyandır. O, atışmadan bir neçə gün sonra xəstəxanaya çatdırılıb. 

Qeyd edilir ki, atışmada iştirak etmiş şəxsi evdə, gizli şəraitdə sağaltmaq istəyiblər. Lakin onun səhhəti ağırlaşdığından yaxınları yaralını "Erebuni" xəstəxanasına aparıb.

Qeyd edək ki, atışma "Don Kixot" restoran kompleksinin yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi