Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanın paytaxt Yerevan şəhərindəki kütləvi iğtişaşlarla bağlı Xüsusi İstintaq Xidmətinin (XİX) açdığı cinayət işi üzrə 41 nəfər saxlanılıb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
XİX-nin Mətbuat xidmətindən verilən məlumata görə, onların hamısı qanunsuz kütləvi toplanışlar təşkil etməkdə, keçirməkdə, hökumət nümayəndəsinə qarşı zor tətbiq etməkdə günahlandırılır.