Yerevan şəhər İcra Hakimiyyətinin bölmə rəisi rüşvət aldığına görə həbs olunub

Yerevan şəhər İcra Hakimiyyətinin bölmə rəisi rüşvət aldığına görə həbs olunub Bölmə rəisi baərsində Cinayət Məcəlləsinin vəzifəli şəxsin iri məbləğdə rüşvət alması maddəsi ilə cinayət işi başlanıb
Region
8 Dekabr , 2016 14:25
Yerevan şəhər İcra Hakimiyyətinin bölmə rəisi rüşvət aldığına görə həbs olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Yerevan şəhər İcra Hakimiyyətinin bölmə rəisi rüşvət aldığına görə həbs olunub.  

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi məlumat yayıb.

Bildirilib ki, icra hakimiyyətinin Şəhərsalma İdarəsinin ərazi bölməsinin rəisi rüşəvt almaqda ittiham olunur. 

O, 2016-cı ilin oktyabr-noyabr aylarında evlərin tikintisinin başa çatması ilə bağlı aktı təqdim etmək üçün tikinti şirkətlərindən böyük məbləğdə pul alıb və vasitəçilərə verilməsini təmin edib.

Bölmə rəisi barəsində Cinayət Məcəlləsinin vəzifəli şəxsin böyük məbləğdə rüşvət alması maddəsi ilə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi