Yerevan-Moskva təyyarə reysində bomba təhlükəsindən gecikmə olub

Yerevan-Moskva təyyarə reysində bomba təhlükəsindən gecikmə olub Yerevan-Moskva reysinin təyyarəsi eniş zamanı bomba təhlükəsi səbəbindən saxlanılıb.
Region
9 Sentyabr , 2019 11:16
Yerevan-Moskva təyyarə reysində bomba təhlükəsindən gecikmə olub

Yerevan-Moskva reysinin təyyarəsi eniş zamanı bomba təhlükəsi səbəbindən saxlanılıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Sibir” hava şirkətinə məxsus Yerevan-Moskva reysinin təyyarəsi enən zaman sərnişinlərdən biri heç bir tələb irəli sürmədən əl çantasında bomba olduğunu deyib.

Təhlükəsizlik xidmətinin əməkdaşları onu təcrid etdikdən sonra sərnişinlər təyyarəni tərk ediblər. Bütün sərnişinlərin əl çantaları və baqajlarında yoxlama aparılıb. Axtarış nəticəsində həyat üçün təhlükəli əşya, material aşkar edilməyib. 

Orphus sistemi