"Yeralaş"ın Bakı filialını açmaq istəyən rəhbəri Boris Qraçevski vəfat etdi

"Yeralaş"ın Bakı filialını açmaq istəyən rəhbəri Boris Qraçevski vəfat etdi Məşhur "Yeralaş” uşaq yumoristik jurnalının bədii rəhbəri Boris Qraçevski dünyasını dəyişib.
Region
15 Yanvar , 2021 00:27
Yeralaşın Bakı filialını açmaq istəyən rəhbəri Boris Qraçevski vəfat etdi
Boris Qraçevski

Məşhur "Yeralaş” uşaq yumoristik jurnalının bədii rəhbəri Boris Qraçevski dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə TASS-a onun arvadı Yekaterina Belotserkovskaya bildirib.

72 yaşlı Boris Qraçevski koronavirusdan vəfat edib. O, daha əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Boris Qraçevski 18 mart 1949-cu il Moskvada doğulub. O, 1968-ci ildə Kalininqrad Mexaniki Texnikumunu qurtarıb. Maksim Qorki adına Uşaq və gənclər filmlərinin Mərkəzi kinostudiyasında böyük inzibatçı işləyib. 1974-cü ildə dramaturq Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq yumoristik kinojurnalının əsasını qoyub. Qraçevski 1974-1984 illərdə "Yeralaş”ın direktoru, 1984-cü ildən isə bədii rəhbəri olub.

O, bir sıra mükafatlarla, habelə “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib.

Xatırladaq ki, Boris Qraçevski 2017-ci ildə "Report"a müsahibəsində bildirmişdi ki, "Yeralaş” uşaq yumoristik jurnalının Bakı filialını açmaq istəyir.

"Azərbaycanlı uşaqlarla ünsiyyət qurmağı çox istəyirəm. Onlar bir tərəfdən bizdən çox uzaqdır, amma internet, televiziya məsafələri qısaldır. Məncə, onlar "Yeralaş"ın nə olduğunu başa düşürlər və onu izləyirlər", - rusiyalı rejissor qeyd etmişdi.

O, bundan bir neçə ay sonra Bakıda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi