Bakı. 12 may. REPORT.AZ/ Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç gələn həftə İrana səfər edəcək.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Kolinda Qrabar-Kitaroviç İslam Respublikasının rəsmiləri ilə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, dünya, o cümlədən bölgədəki vəziyyəti müzakirə edəcək.