Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır

Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqda Baş Konsulluğunun bağlanacağını elan edib.
Region
5 Dekabr , 2024 17:23
Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır

Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqda Baş Konsulluğunun bağlanacağını elan edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir Polşanın Poznan şəhərindəki Rusiya konsulluğunun bağlanmasına cavab olaraq görülüb.

"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota təqdim edib. Bildirilib ki, Polşa hakimiyyətinin noyabrın 30-da Poznandakı Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq Rusiya tərəfi 2025-ci il yanvarın 10-dan Sankt-Peterburqdakı Polşa Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi