XİN: Rusiya nümayəndə heyəti iyunun 22-dən sonra İstanbula gedə bilər

Region
  • 19 iyun, 2025
  • 15:52
XİN: Rusiya nümayəndə heyəti iyunun 22-dən sonra İstanbula gedə bilər

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqları davam etdirmək üçün iyunun 22-dən sonra İstanbula gedə bilər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

"İyunun 22-dən sonra prezidentin qərarı ilə təsdiqlənmiş Rusiya nümayəndə heyəti danışıqları davam etdirmək üçün İstanbula gəlməyə hazır olacaq. Konkret tarixlər yaxın vaxtlarda müəyyən ediləcək və nümayəndə heyətinin rəhbəri və nümayəndələr tərəfindən açıqlanacaq", - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, üçüncü raundda Rusiya tərəfi Ukrayna böhranının həllini nəzərdə tutan təkliflərlə bağlı tərəflərin 28 may və 2 iyun tarixlərində təqdim etdikləri memorandumlara dair fikir mübadiləsi aparmağı planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti