Rusiyanın XİN başçısı Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirib

Rusiyanın XİN başçısı Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirib “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolu birbaşa dialoqun qurulmasına yardımçı olmaqdır”
Region
14 Yanvar , 2022 14:17
Rusiyanın XİN başçısı Türkiyə-Ermənistan danışıqlarına münasibət bildirib

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolu birbaşa dialoqun qurulmasına yardımçı olmaqdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib. Rusiya belə bir razılaşmanın əldə olunmasına kömək göstərib. Biz çox şadıq ki, bu gün ilk görüş Moskvada keçirilir. Ümid edirəm ki, uğurlu olacaq", - XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi