XİN başçısı: “Gürcüstanın Qərb kursundan yayındığını söyləmək absurddur”

XİN başçısı: “Gürcüstanın Qərb kursundan yayındığını söyləmək absurddur” “Gürcüstanın Qərb kursundan yayınıdğını söyləmək absurddur. Bunu təsdiqləyən sübutlar hanı?”.
Region
100
19 Noyabr , 2021 20:32
XİN başçısı: “Gürcüstanın Qərb kursundan yayındığını söyləmək absurddur”
David Zalkaliani
0 : 00
0 : 00

“Gürcüstanın Qərb kursundan yayındığını söyləmək absurddur. Bunu təsdiqləyən sübutlar hanı?”

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, faktlar bunun əksini deyir: “Bizim Avropa İttifaqı ilə azad ticarət və assosiasiya haqqında sazişimiz var. Gürcüstan NATO-da ən uğurlu aspirant ölkədir. Əhalisinin 75 faizinin dəstəklədiyi Qərb kursundan ölkə hökumətinin yayınmasını necə təsəvvür etmək olar? Müxalifət bu narrativi hər seçkilər öncəsi istifadə edir, lakin onlar bütün seçkiləri uduzublar”.

Son xəbərlər

Orphus sistemi