“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatı bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı David Zalkaliani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.
O, üç ölkənin iştirakı ilə həyata keçirilən energetika və infrastruktur layihələrin yalnız regional deyil, beynəlxalq önəmə də malik olduğunu qeyd edib.
D.Zalkalaini bildirib ki, bölgədə önəmli proseslər baş verir: “Regionda yeni əməkdaşlıq platformaları ilə bağlı təşəbbüslər irəli sürülür. Hesab edirik ki, bu formatlar ən əsası ərazi bütövlüyü və suverenlik prinsiplərinə hörmətə əsaslanmalıdır”.
XİN başçısı Türkiyəyə səfərinin ölkələr arasındakı strateji tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib.