XİN başçısı: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil"

XİN başçısı: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil" "Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməklə bağlı istənilən cəhd heç bir nəticə verməyəcək".
Region
24 İyul , 2020 16:42
XİN başçısı: Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil
David Zalkaliani

"Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməklə bağlı istənilən cəhd heç bir nəticə verməyəcək".

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən XİN başçısı Azərbaycanla çox yaxşı əlaqələrin olduğunu deyib: "Biz strateji tərəfdaşlarıq. İki ölkə arasında münasibətləri korlamağa yönələn istənilən cəhd heç bir nəticə verməyəcək".

Son xəbərlər

Orphus sistemi