XİN başçısı: “Gürcüstan Aİ-yə inteqrasiya yolunda irəliyə daha bir böyük addım atdı”

Region
  • 11 aprel, 2022
  • 11:03
XİN başçısı: “Gürcüstan Aİ-yə inteqrasiya yolunda irəliyə daha bir böyük addım atdı”
İlya Darçiaşvili

“Sorğu vərəqəsini əldə etməklə biz xalqımızın milli seçimi - Avropa İttifaqına inteqrasiya yolunda irəliyə daha bir böyük addım atdıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili tviter hesabında yazıb.

“Gürcüstan sənədi vaxtında doldurmaq və növbəti mərhələlərə keçmək üçün səylərini əsirgəməyəcək”, - nazir bildirib.

44 filmi