XİN: Gürcüstan Ukraynadan münasibətlərin normallaşdırılması üzrə addımlar gözləyir

XİN: Gürcüstan Ukraynadan münasibətlərin normallaşdırılması üzrə addımlar gözləyir Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə aparılan məsləhətləşəmələr başa çatıb.
Region
25 May , 2020 15:18
XİN: Gürcüstan Ukraynadan münasibətlərin normallaşdırılması üzrə addımlar gözləyir

Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə aparılan məsləhətləşəmələr başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd olunub ki, Gürcüstan Ukraynadakı hadisələrin inkifaş prosesini izləyəcək:

“Ukrayna hökumətinin Gürcüstanla münasibətlərin normallaşdırılması baxımından hansı addımlar atacağınını müşahidə edəcəyik və daha sonra səfirin Ukraynaya qayıtma tarixi barədə qərar qəbul edəcəyik”.

XİN bildirib ki, səfirin məsləhətləşmələr üçün Tbilisiyə çağırılması iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması demək deyil: “Gürcüstan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinə yenidən baxılma planlaşdırılmayıb. Gürcüstan Ukrayna ilə bir sıra strateji məsələlər üzrə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirir”. 

Son xəbərlər

Orphus sistemi