İdarə rəisi: "Xəzər dənizində nərə balığı növlərinin sayı 5-7 ildən sonra arta bilər"

İdarə rəisi: "Xəzər dənizində nərə balığı növlərinin sayı 5-7 ildən sonra arta bilər" Maqomed Cəfərov: "Bu işin nəticələrini kifayət qədər tez hiss edəcəyik"
Region
22 Noyabr , 2016 10:39
İdarə rəisi: Xəzər dənizində nərə balığı növlərinin sayı 5-7 ildən sonra arta bilər

Bakı. 22 noyabr. REPORT.AZ/ "Xəzər dənizində nərə balığı növlərinin sayı 5-7 ildən sonra, balıq yetişdirmək üzrə atılan addımların səmərə verəcəyi zaman arta bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "Rosrıbolovstva"nın Qərbi Xəzər Ərazi İdarəsinin rəisi Maqomed Cəfərov bilidirb.

"Qiymətli balıq növlərini böyüməmiş təbii su hövzələrinə buraxsaq və brakonyerliyə qarşı mübarizə aparsaq, bu işin nəticələrini kifayət qədər tez hiss edəcəyik. 5-7 ilə Xəzər dənizində nərə balıqlarının vəziyyəti xeyli yaxşılaşa bilər", - deyə M.Cəfərov vurğulayıb.

Onun sözlərinə görə, dənizdə orta ölçülü nərə balıqlarının sayı çoxdur və bu, süni balıq yetişdirilməsi nəticəsində mümkün olub: "Amma yaşlı və iri nərə balıqlarının sayı əsasən brakonyerlik fəaliyyətinə görə azdır". 

Son xəbərlər

Orphus sistemi