KİV: Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

KİV: Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.
Region
25 Oktyabr , 2024 09:51
KİV: Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır

Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”, çünki həm hökumət, həm də müxalifət qələbə gözləyir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times" nəşri yazıb.

“Həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə "Gürcü Arzusu"ndan daha çox səs toplayarlarsa, "texniki hökumət" yaradacaqlar. Məlumat üçün bildirək ki, "texniki hökumət" və ya "milli razılıq hökuməti" hüquqi terminlər deyil. Bunlar siyasi sahəyə aiddir və siyasi terminlərdir.

Son xəbərlər

Orphus sistemi