Xaricdə 20 gürcü koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib

Xaricdə 20 gürcü koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib Xarici ölkələrdə olan iyirmi Gürcüstan vətəndaşı koronavirusa yoluxma ehtimalı ilə tibbi nəzarətə götürülüb.
Region
20 Mart , 2020 01:30
Xaricdə 20 gürcü koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib

Xarici ölkələrdə olan iyirmi Gürcüstan vətəndaşı koronavirusa yoluxma ehtimalı ilə tibbi nəzarətə götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, həmin şəxslər müxtəlif xəstəxanalara yerləşdirilib: “Pasiyentlərin əksəriyyəti Avropa ölkələrinin payına düşür. Onların sayı gündən-günə dəyişir”.

A.Qamkrelidze deyib ki, Gürcüstanın epidemioloqları və Xarici İşlər Nazirliyi xaricdə olan Gürcüstan vətəndaşları ilə sıx əlaqə saxlayır. 

O, digər ölkələrdə koronavirus şübhəsi ilə xəstəxanalarda olan Gürcüstan vətəndaşlarının vəziyyətinin monitorinqinin həyata keçirildiyini də qeyd edib.   

Son xəbərlər

Orphus sistemi