Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edilib

Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edilib İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.
Region
9 Dekabr , 2022 16:55
Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edilib

İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.

“Report” “RadioFarda”ya istinadən xəbər verir ki, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağassi dekabrın 9-da bildirib.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də çərşənbə günü həbs edilib.

Bundan başqa, Xameneinin bacısı oğlu Mahmud Muradxani də anası Bədri Hüseyni Xameneinin ötən gün yayılan bəyanatını şərh edib. O, anasının İran xalqı ilə həmrəylik üçün bu addımı atıdığını və  Xameneini tənqid etdiyini bildirib. O, yalnız Əli Xameneiyə deyil, ümumiyyətlə, hakimiyyəti bütövlükdə qəbul etmədiklərini və teokratik rejimə qarşı olduqlarını söyləyib. Mahmud Muradxani hazırda Fransada yaşayır.

Son xəbərlər

Orphus sistemi