Xamənei İranın neft gəlirlərindən asılılığının həllini tələb edib

Xamənei İranın neft gəlirlərindən asılılığının həllini tələb edib İranın ali lideri Əli Xamənei hökumətdən ölkənin neft gəlirlərindən asılılığı məsələsinin həll olunmasını tələb edib.
Region
21 Avqust , 2019 17:44
Xamənei İranın neft gəlirlərindən asılılığının həllini tələb edib

İranın ali lideri Əli Xamənei hökumətdən ölkənin neft gəlirlərindən asılılığı məsələsinin həll olunmasını tələb edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

İranın ali liderinin rəsmi saytında yerləşdirilən məlumata görə, Xamənei İran prezidenti Həsən Ruhani və hökumət üzvləri ilə görüşdə bildirib ki, mövcud (iqtisadi - red.) problemlərin həllinin açarı ölkəni neft gəlirlərindən asılılıqdan qurtarmaqdır.

"Əslində bu, köhnə problemdir. Amma reallıqda ölkənin inkişafına zərər vurur. Neft ixracatından əldə edilən asan gəlir böyük fəlakətdir", - deyə Xamənei bildirib.

Orphus sistemi