Xamenei: İran və Rusiya ABŞ-ın qarşısının alınması məsələsində əməkdaşlıq edə bilər

Xamenei: İran və Rusiya ABŞ-ın qarşısının alınması məsələsində əməkdaşlıq edə bilər Bakı. 8 sentyabr. REPORT.AZ/ İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.
Region
8 Sentyabr , 2018 04:48
Xamenei: İran və Rusiya ABŞ-ın qarşısının alınması məsələsində əməkdaşlıq edə bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərini "Fars" agentliyi sitat gətirib.

"Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu [əməkdaşlıq] – onun qarşısının alınması üçün düşən imkanlardan biridir", - deyə Xamenei bildirib.

V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi