X sosial şəbəkəsi İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin ivrit dilindəki səhifəsini bağlayıb.
“Report” xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, bu hadisə səhifə açılandan bir neçə gün sonra baş verib.
İranın dini liderinin hesabının bağlanması "X"in qaydalarının pozulması ilə əlaqələndirilib.