“Wildberries”in baş ofisi yaxınlığında atışma nəticəsində ölü sayı artıb - YENİLƏNİB
- 18 sentyabr, 2024
- 13:12
Moskvanın mərkəzində yerləşən “Wildberries”in ofisi yaxınlığında baş verən atışma nəticəsində yaralanan ikinci mühafizəçi də ölüb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı mühafizəçi təcili olaraq xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas edə bilməyiblər.
16:14
Moskvanın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla üç nəfər yaralanıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Təxminən 30 nəfərin polisə aparıldığı da qeyd edilib.
Daha əvvəl bildirilib ki, şirkətin təsisçisinin həyat yoldaşı Vladislav Bakalçukun şirkətin ofisinə qanunsuz daxil olmağa çalışıb. Atışma nəticəsində 3 nəfər yaralanıb, ofis işçiləri təxliyə edilib.