Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçub - YENİLƏNİB
- 07 may, 2025
- 16:48
Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıdan Moskvaya uçub.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
16:18
Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.
“Report” xəbər verir ki, bu barədə Serbiya KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.
Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.
Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.
Xatırladaq ki, A.Vuçiç Moskvada 9 may Qələbə Günü ilə əlaqədar tədbirlərdə iştirak etməyi planlaşdırır. Onun həmçinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb.