Vnukovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Vnukovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Vnukovo hava limanı uçuş və eniş üçün müvəqqəti bağlanıb.
Region
11 Avqust , 2023 12:37
Vnukovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Vnukovo hava limanı fəaliyyətini bərpa edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a "Vnukovo"nun mətbuat xidmətindən məlumat verilib.

"Saat 10:50-dən etibarən uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Hazırda hava limanı kompleksi normal rejimdə işləyir", - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, daha əvvəl Vnukovo və Kaluqa hava limanlarının fəaliyyəti təhlükəsizlik səbəbi ilə məhdudlaşdırılmışdı.

11:43

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Vnukovo hava limanı təyyarələrin uçuş və enişi üçün müvəqqəti bağlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Rusiya KİV-in məlumatına görə, hava məkanının bağlanmasına səbəb Moskvaya doğru uçan pilotsuz uçuş aparatlarıdır.

Son xəbərlər

Orphus sistemi