Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb Rusiya Prezidenti Vladimir Putinlə İran Prezdenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək.
Region
18 Yanvar , 2022 13:22
Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb
Vladimir Putin və İbrahim Rəisi

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş olacaq”, - məlumatda deyilir.

Bildirilib ki, Putinlə Rəisi ikitərəfli əməkdaşlığa dair kompleks məsələləri, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi